Xəbərlər 23.06.2025 09:00 31

 “Əlilliyi olan uşaqlarla iş” layihəsi uğurla davam edir - FOTOLAR

“Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  keçirdiyi “Əlilliyi olan uşaqlarla iş” layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, layihəyə Sumqayıt şəhərində I və II Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, müharibə əlillərinin və iştirakçılarının ailə üzvlərindən olan müxtəlif xəstəliklərdən olan əlilliyi olan uşaqlar cəlb olunub. Əlilliyi olan uşaqlar - öz həmyaşıdları ilə müqayisədə inkişaflarında geriqalma, qavrama (koqnitiv), kommunikativ, sensor və başqa funksiyaların pozulması aşkar olunan şəxslərdir. Bu vəziyyətə baxmayraq bu uşaqların daim cəmiyyətdə digər uşaqlarla birgə olması vacib amillərdən biridir. Bu məqsədlə uşaqlara layihəyə cəlb olunmuş təlimçi tərəfindən müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir. Təlimlər həm fərdi, həm də qrup şəklində aparılır.Qoyulan mövzulara uyğun hər bir uşağa əyani vəsait hazırlanır və təlimlər zamanı tətbiq olunur.

Təlimlər zamanı uşaqların bir çox bacarıqları inkişaf etdirilir.Uşaqlar yaş səviyyəsinə görə qruplara bölünür və hər biri ilə fərdi və qrup şəklində iş aparılır. Uşaqlarla yanaşı valideynlərdə təlimlər zamanı aktiv iştirak edir və yeni bacarıq və anlayışlar əldə edirlər. Onlar özlərini daha inamlı və qətiyyətli hiss edir və problemlərin həlli yollarını bilirlər. Bu unudulmamalıdır ki, əlilliyi olan uşaqlar da digər bütün uşaqlar kimi diqqət, sevgi və qaygı göstərildikdə öz potensiallarını inkşaf etdirə bilərlər. Buna nail olmaq üçün isə əsas diqqəti əlilliyi olan uşaqların güclü tərəflərinə yönəltmək və onun inkişafına nail olmaqdır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı