Boş planet deyil: Alim Marsda həyat əlamətləri tapıb
Sidoniya İnstitutunun aparıcı elmi işçisinin sözlərinə görə, Marsda həyatın mövcud olduğuna dair bir neçə əlamət var.
QHT.az xəbər verir ki, Sidoniya İnstitutunun elmi işçisi Corc C.Haas Marsda həyatın izləri olduğunu iddia edib. O, Mars səthindəki müxtəlif strukturları, o cümlədən "Keyhole" adlı tikiliyi və “tutuquşu geoqlifi”ni, ağıllı varlıqlar tərəfindən yaradıldığına dair sübut kimi təqdim edib. Haas həmçinin Elysium bölgəsindəki piramidaların və Atlantis Xaos bölgəsindəki şəhər qalıqlarının, qədim sivilizasiyaların izləri ola biləcəyini vurğulayıb. Bu araşdırmalar Marsda həyatın mövcudluğu ilə bağlı yeni müzakirələrə səbəb olub.
R.İmanov