Xəbərlər 12.05.2025 10:28 33

S.Qurbanov: “Vyetnam rəhbərinin Azərbaycana səfəri əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatı şərh edərəkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev Veytnamla birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı olduğunu vurğulayıb. S.Qurbanov bildirib ki, Veytnamla Azərbaycan arasında bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirələr aparılıb. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Adıçəkilən dövlətlə hazırda bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edilb. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olunaraq dövlət səviyyəsində göstəriş verilib ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı