Xəbərlər 05.04.2025 00:06 586

“2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş 'Rəngli Dünyalar:- Autizm və Sevgi' adlı tədbir təşkil olunub

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” ictimai birliyinin və “Ülkər Psixalogiya Departamentinin dəstəyi ilə  04 aprel 2025-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş "Rəngli Dünyalar:- Autizm və Sevgi" adlı tədbir təşkil olunmuşdur.

Tədbirdə əsas məqsəd autizmli uşaqların ailələrinin qarşılaşdığı problemlər, ailələrin autizmlə apardığı mübarizə və autizmli uşaqların ailələrinin uşaqlarının inkişafına göstərdiyi diqqət və qayğı, autizmli uşaqları cəmiyyətə necə qazandırmalı olduqları haqqında məlumat verilmişdir.. Tədbirdə autizmli  uşaqların ifasında bədii hissə təqdim olunub:- uşaqların ifasında mahnı, ana-bala rəqsi, ana və balanın dueti, Vals, şer, musiqi alətində ifa, intellektual söz yarışması və s. təqdim  olunmuşdur.

Tədbir zamanı Autizmli uşaqların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.Tədbirdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Jalə Əhmədova, Yasamal rayon İcra Hakimiyyəti başçısının Humanitar İşlər üzrə müavini Təravət Muradova, Milli Məclisin deputatları və digər qonaqlar iştirak etmişdir. Tədbirin sonunda  dəvət olunan qonaqlar çıxış etmiş və tədbirin təşkilatçılarına uğurlar diləmişlər. Sonda iştirakçı uşaqlara həvəsləndirici hədiyyələr və təşəkkürnamələr, autizmli uşaqların analarına “Fədakar ana” diplomu təqdim olunmuşdur.



Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı