Xəbərlər 18.03.2025 14:52 1235

BDU- da THİK-in təşkilatçılığı ilə Novruz konserti keçirilib – VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Konsertdə milli musiqilər, rəqslər və Novruz ənənələrini əks etdirən səhnəciklər təqdim olunub. Eyni zamanda, Bahar qızı və Kosa-Keçəl kimi bayramın əsas personajları tədbirə xüsusi rəng qatıb. Tələbələrin böyük coşqu ilə qatıldığı tədbirdə milli adət-ənənələrin yaşadılması və gənclər arasında təbliği diqqət mərkəzində olub. 

Daha ətraflı görüntüləri təqdim etdiyimiz videoda izləyə bilərsiniz.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı