Xəbərlər 14.03.2025 17:10 418

“Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlim keçirilib

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri aktiv iştirak ediblər.

Təlimdə müzakirə edilən mövzular: İnsan alveri fenomeni, insan alverinin forma və vasitələri, uşaq alverinin qarşısının alınmasında Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri, uşaq istismarının növləri, işəgötürənlərin bilməli olduğu məqamlar, uşaqlara qarşı kiber təqib və zorakılıq, uşaq istismarının psixoloji təsirləri, identifikasiyanın əhəmiyyəti, ümumi indikatorlar və ilkin tanınma indikatorları.

Təlim interaktiv keçməklə yanaşı, qrup işləri, beyin hücumları və digər alətlərdən istifadə edilərək aparılmışdır. Təlimi DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, Koalisiyanın sədri Mehriban Zeynalova və Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin təlimçisi Günel Ələkbərova aparmışdır.

Qeyd edək ki, koalisiya üzvlərinin gələcəkdə bu mövzu üzrə təlimlər aparması məqsədilə onlar üçün təlim modulu hazırlanmışdır. Təlim modulu Günel Ələkbərova və Mehriban Zeynalova tərəfindən tərtib edilmişdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı