Xəbərlər 10.03.2025 19:35 130

Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair təlim keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair təlim keçirilib. 

QHT.az xəbər verir ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təşkil edilən təlimin məqsədi çətin həyat şəraiti ilə qarşılaşan, sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsi, informasiya təminatının yaxşılaşdırılması və maarifləndirilməsidir. Təlimdə Mərkəzin 40-dan çox benefisiarı iştirak edib. 

Çıxışlarda erkən nikahın və qohumlar arasında nikahın fəsadlarından danışılıb. Bunun gənclərin həyatına göstərdiyi mənfi təsirlərə diqqət çəkilib. 

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmlənməsi məqsədilə nəzərə alınmalı məqamlardan danışılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı