“Səmərəli ünsiyyətin əsasları” mövzusunda təlimlər keçirilib - FOTOLAR
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşlarına “Səmərəli ünsiyyətin əsasları” mövzusunda təlimlər keçirilib.
QHT.az xəbər verir ki, fevralın 11, 13 və 18-də İnstitut əməkdaşlarına “Səmərəli ünsiyyətin əsasları” mövzusunda interaktiv təlimlər keçirilib. Təlimçi qismində çıxış edən Sədayə Nəsirova və Xəyalə Məhərrəmova İnstitutun 20 əməkdaşı üçün interaktiv sessiyalar keçirərək, komanda işinin gücləndirilməsi, emosional və stresli vəziyyətlərin aradan qaldırılması, həmçinin güclü tərəflərin müəyyən olunaraq aşkara çıxarılması istiqamətində müzakirələr aparıblar.
Bu cür təlimlərin təşkil olunmasının əsas məqsədi işçilərin ünsiyyət bacarıqlarını inkişaf etdirmək, şöbələr arasında əlaqələri gücləndirərək yaxşı işgüzar nəticələr əldə etmək və motivasiyanı artırmaqdır.