Bu gün qəhrəman şəhidimiz Asim Süleymanovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Süleymanov 18 fevral 2001-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 4 noyabr tarixində Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Asim Süleymanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!