QHT sədri Tünzalə Abduləlimova Qubada şəhid ailələri ilə görüşüb - FOTOLAR
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a verdiyi açıqlamada Şəhid ailələrinə göstərilən dəstək barədə məlumat verib.
Tünzalə Abduləlimova bildirib ki, bu gün baş tutan görüşdə Sabrabad, Xaçmaz, və Abşeron bölgələrindən olan şəhid ailələri və qazilər iştirak edib. Görüşün əsas məqsədinin şəhid ailələrinə dəstək olmaq, onların yanında olmaq və müharibə zamanı yaşadıqları çətinliklərdən danışmaq olduğunu vurğulayıb.
"Bu görüşlərdə hər zaman şəhidlərimizin həyat yolundan danışanda, yenə də dərk edirəm ki, bu igidləri böyüdən analar və atalar var. Bu igidlər bizə bir irs qoyub. Bizim belə oğullarımızın olması bizim üçün böyük qürurdur," deyə Tünzalə Abduləlimova qeyd edib.
Şəhid ailələri və qazilərin problemlərinin müzakirə olunduğu bu görüş, həmçinin Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzinin rəhbərliyinə təşəkkürlərlə sona çatıb. Tünzalə Abduləlimova, "Mən öz adımdan və Şəhid ailələrinin adından Quba Şahdağ Truskavets sanatoriya mərkəzinin rəhbərliyinə təşəkkür edirəm," deyərək minnətdarlığını ifadə edib.
Pərvanə Fərhadqızı