Xəbərlər 21.01.2025 00:26 134

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 20 Yanvar Şəhidlərinin xatirəsini anıb - FOTOLAR

20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri və şəhid ailələri Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

QHT.az xəbər verir ki, İctimai Birlik üzvləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı şəhidlərin məzarlarına gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub.

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaq və onların vətənimiz üçün göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq.

Ruhları şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı