Xəbərlər 17.01.2025 07:45 108

UNEC və Kunayev Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kazaxıstanın Kunayev Universiteti ilə əməkdaşlıq istiqamətində mühüm addım atıb. UNEC rektoru Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşdə Kunayev Universitetinin nümayəndə heyəti, xanım Omirali Zhazira Omiralikyzy-nin başçılığı ilə iştirak edib.

QHT.az xəbər verir ki, görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarını artırmaq məqsədilə memorandum imzalanıb. UNEC-in ali təhsil xidmətlərinin ixracı istiqamətində Kazaxıstan önəmli hədəflərdən biri olaraq vurğulanıb. Bu mühüm addımın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirəcəyinə inanılır. Memorandumda müəllim-tələbə mübadiləsi, elmi tədqiqatla bağlı konfransların təşkili, innovativ tədris və idarəetmə metodlarının mübadiləsi, birgə elmi və metodik nəşrlərin hazırlanması, ikili diplom, birgə magistr və bakalavr, eləcə də mini MBA proqramlarının reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda, memorandumda ilk dəfə olaraq, ənənəvi əməkdaşlıqla yanaşı, ömürboyu təhsil, inklüziv təhsil, ətraf mühitin menecmenti, ortaq proqram və ortaq fakültənin yaradılması ilə bağlı əməkdaşlıq da öz əksini tapıb.

Rektor Ədalət Muradov paylaşımında bu hadisəni "növbəti uğurlu addım" olaraq xarakterizə edib və bu əməkdaşlığın UNEC-in inkişaf strategiyasına mühüm töhfə verəcəyini qeyd edib.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı