Xəbərlər 12.12.2024 16:07 227

Bu il turistlərin Google-da ən çox axtardıqları ölkə və şəhərlər?

Ötən il ölkələr arasında səyahət edənlər ən çox Türkiyəyə, şəhər və adalar arasında isə Tenerifeyə maraq göstərib.

QHT.az xəbər verir ki, 10 dekabr 2024-cü ildə Google ötən il üçün dünyada və ayrı-ayrı ölkələrdə ən populyar axtarış sorğularının yekun statistikasını açıqladı. Xüsusilə, 2024-cü ildə dünyanın hansı ölkə və şəhərlərinin turistlər tərəfindən daha çox Google-a müraciət etdiyi məlum olub. Belə ki, ölkələr arasında səyahətçilər ən çox Türkiyəyə, şəhər və adalar arasında isə İspaniyanın Kanar adaları arasında ən böyüyü Tenerifeyə maraq göstərib.

2024-cü ildə Google-da ən populyar 10 səyahət ölkəsi

  1. Türkiyə
  2. Yunanıstan
  3. Malta
  4. İtaliya
  5. Misir
  6. Portuqaliya
  7. Kipr
  8. Meksika
  9. Mavrikiy
  10. Xorvatiya

Maraqlıdır ki, İspaniya Google-da dünyanın ən populyar 10 ölkəsi sırasına düşə bilməsə də, son bir ildə insanların ən çox Google-a müraciət etdiyi ilk on istiqamətə İspaniyanın 6 şəhəri və adası daxil edilib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı