Deputat: "Daha çox vətəndaş güzəştli ipoteka kreditindən faydalana biləcək"
Deputat Vüqar Bayramovun açıqlamasına görə, 2024-cü il dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün əlavə 100 milyon manat ayrılacaq. Bu vəsait İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalını 1 milyard 168 milyon manata çatdıracaq.
QHT.az xəbər verir ki, V.Bayramov bildirib ki, sosial ipoteka kreditləri vətəndaşlar üçün daha geniş imkanlar yaradacaq:
"Fondun kapitalının artması ilə daha çox güzəştli ipoteka kreditlərinin təklifi mümkün olacaq və bu, vətəndaşlarımızın mənzil əldə etmə imkanlarını artıracaq."
Qeyd edək ki, indiyə qədər fond tərəfindən 52 min 59 ipoteka krediti verilib, ümumi məbləğ isə 3,276 milyard manatı ötüb. Güzəştli kreditlər 100 min manata qədər, 8 faizlə, 30 il müddətinə təklif olunur.
Pərvanə Fərhadqızı