Xəbərlər 04.12.2024 13:55 180

"Azərbaycan minalarla mübarizəyə milli səviyyədə liderlik edir" - QHT sədri

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “Landmine Monitor Report 2024” hesabatına istinadən bildirilir ki, Azərbaycan minalarla mübarizəyə milli maliyyə dəstəyinə görə dünya üzrə liderlik edir.

QHT.az xəbər verir ki, Hafiz Səfixanov qeyd edib ki, ölkə minaların təmizlənməsi və mina təhlükəsinə dair maarifləndirmə proqramlarını uğurla davam etdirir: "Azərbaycan Ottava Konvensiyasına qoşulmasa da, bu Konvensiyanın məqsədlərini dəstəklədiyini nümayiş etdirir. BMT Baş Assambleyasında hər il keçirilən səsvermələrdə Konvensiyanın universalizasiyasına dair qətnamələrin lehinə səs verən Azərbaycan, regiondakı mürəkkəb geosiyasi vəziyyətə görə hələlik Konvensiyaya qoşula bilmir".

QHT sədri bildirib ki, minalarla mübarizə sahəsində Azərbaycanın milli qeyri-hökumət təşkilatlarının beynəlxalq yardımdan aldığı dəstəyin artırılması və qurbanlara yardım proqramlarının genişləndirilməsi vacibdir. Azərbaycan bu istiqamətdə fəaliyyətlərini gücləndirməyi planlaşdırır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı