Xəbərlər 04.12.2024 08:13 161

“Minalardan Azad Dünya” Sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi 4 dekabr 2024-cü il tarixində “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirəcəkdir.

QHT.az xəbər verir ki, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib. Onun sözlərinə görə, mətbuat konfransında sammit çərçivəsində həyata keçirilən işlər və hesabatda yer alan məlumatlar geniş ictimaiyyətə təqdim ediləcəkdir. Tədbir Trend İnformasiya Agentliyinin konfrans zalında (Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14, Elmlər Akademiyası metrostansiyası yaxınlığı) saat 12:00-da başlayacaq.

Minalar və onların fəsadlarına dair mühüm məlumatların paylaşılacağı tədbirdə bütün KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı