Xəbərlər 03.12.2024 17:05 256

"Bu, əlillərin cəmiyyətə inteqrasiyası və iqtisadi iştirakını artırmaq üçün vacib bir addımdır" - QHT sədri

Beynəlxalq Əlillər Günü münasibətilə, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a özəl açıqlamasında əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası ilə bağlı vacib məqamlara toxundu.

Səbinə Kərimova vurğuladı ki, qeyri-hökumət təşkilatları (QHT) bu sahədə mühüm rol oynayır: "QHT-lər əlilliyi olan şəxslər üçün peşə kursları təşkil edir və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirirlər. Bu təşəbbüslər, onların həm iqtisadi müstəqillik qazanmasına, həm də sosial həyata daha aktiv şəkildə qatılmasına şərait yaradır."

O, həmçinin Dövlət Məşğulluq Agentliyinin əlilliyi olan şəxslərə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib: "Agentlik tərəfindən müxtəlif sahələrdə peşə kursları təşkil olunur və əlilliyi olan şəxslər bu kurslara cəlb edilir. Kurslarda yaxşı nəticələr əldə edənlər işlə təmin edilir. Bu, onların cəmiyyətə inteqrasiyası və iqtisadi iştirakını artırmaq üçün vacib bir addımdır."

Əlilliyi olan şəxslərin cəmiyyətdə daha görünən olduğunu qeyd edən QHT sədri əvvəllər onların evlərdə gizlədilməsinə qarşı dəyişikliklərin baş verdiyini söylədi: "Artıq əlilliyi olan şəxslər daha çox cəmiyyətə inteqrasiya edir. Bu, müsbət irəliləyişdir. Həm sosial müdafiə sahəsində, həm də inteqrasiya prosesində əldə edilən nəticələri qənaətbəxş hesab etmək olar."

 

Pərvanə Fərhdadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı