Xəbərlər 29.11.2024 11:20 417

Sahib Məmmədov: "Bəzi deputatların təkliflərinin hüquqi və iqtisadi əsası yoxdur"

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri və hüquq müdafiəçisi Sahib Məmmədov deputatların tənqidi fikirlər səsləndirməsinin vacib olduğunu, lakin bununla yanaşı, onların verdikləri təklifləri hüquqi və iqtisadi baxımdan əsaslandırmalarının zəruri olduğunu qeyd edib. QHT sədri bildirib ki, deputatların bir qismi təqdim etdikləri təklifləri nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandıra bilirlər.

QHT.az- a özəl açıqlamasında Sahib Məmmədov bildirib ki, təkliflərin əksəriyyətinin hüquqi və iqtisadi əsası olmadığı üçün onların yalnız populizm olduğunu, bu cür təkliflərin məsuliyyətsiz populizm olduğunu vurğulayıb: 

"Ümumiyyətlə deputat təklif vermək əvəzinə Konstitusiyanın 96-cı maddəsinin ona verdiyi hüquqdan istifadə etməlidir. Qanunvericilik təşəbbüsü ilə çıxış etməli və layihəsini həm hüquqi, həm də iqtsadi baxımdan əsaslandırmalıdır. Yaxşı olar ki, əsaslandırlmamış təkliflərlə çıxış edən deputatlar "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu ilə tanış olsunlar".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı