Xəbərlər 29.11.2024 10:52 306

"Beynəlxalq konfransda Azərbaycanın milli maraqlarını təmsil etmək vacibdir" - İlqar Hüseynli/ FOTOLAR

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Azərbaycan Mediasiya Şurasının təşkilatçılığı ilə Ankara şəhərində keçirilən Beynəlxalq Konfransda Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edib. O, həmkarı Əli Fərzəliyevlə birlikdə konfransda iştirak etdiklərini və bu tədbirdə Azərbaycanın milli maraqlarını qorumaq məqsədilə mühüm çıxışlar etdiklərini bildirib:

İctimai Birliyin sədri İlqar Hüseyinli QHT.az-a özəl açıqlamasında:

"Konfrans Türk Dünyası Mediasiya Şuralarının birgə təşkilatçılığı ilə baş tutub və Qarabağ mövzusunda xüsusi bir qala gecəsi ilə davam edib. Tədbirə Azərbaycandan, Qırğızıstandan, Qazaxıstandan, Kiprdən və digər ölkələrdən nümayəndələr qatılıb. Bu cür beynəlxalq platformaların Azərbaycanın maraqlarının tanıdılması və ölkə haqqında beynəlxalq ictimaiyyətə daha geniş məlumat verilməsi baxımından çox önəmlidir. Tədbirdə, Azərbaycan Mediasiya Şurasının rəhbəri Nadir Adilovun giriş nitqi ilə başlayan proqramda, Türkiyə və Kipr Cümhuriyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Ombudsman Aparatının rəhbəri Səbinə Əliyeva çıxış ediblər. Azərbaycan musiqiçiləri tərəfindən təqdim olunan maraqlı ifalar tədbirə xüsusi rəng qatıb. Həmçinin, Azərbaycanın bayraqları, milli atributlar üzərində əks olunan kəlağayıları, Şuşanın simvolu olan Xarı bülbül döş nişanları iştirakçılara təqdim edilib".

İlqar Hüseynli həmçinin, Azərbaycanın QHT sektoru və QHT Şurasının təmsilçisi olaraq bu cür tədbirlərdə iştirak etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə konfranslar Azərbaycanın həm milli maraqlarının qorunması, həm də ölkənin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətlidir. QHT sədri təşkilatın gələcəkdə bu cür tədbirlərdə daha fəal iştirak edəcəyini və Azərbaycanın mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün hər zaman əlindən gələni edəcəyini ifadə edib.

Bu cür beynəlxalq tədbirlərin davamlı olmasının ölkənin maraqları baxımından olduqca vacib olduğunu bildirən İ.Hüseynli, Azərbaycan Mediasiya Şurasına və tədbirin təşkilatçılarından olan Nadir Adilova dəvət üçün təşəkkürünü bildirib.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı