Xəbərlər 05.11.2024 19:31 1489

Əliməmməd Nuriyev: İctimai şuraların əsas funksiyası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət etməkdir

 Azərbaycanda İctimai şuralara birmənalı münasibət olmaması bir çox səbəblərdən qaynaqlana bilər. Bunun üçün öncə İctimai şuraların yaradılma məqsədini və funksiyalarını incələmək lazımdır. İctimai şuralar dövlət orqanlarının fəaliyyətində şəffaflığı təmin etmək, ictimai nəzarət mexanizmini gücləndirmək və vətəndaş cəmiyyətinin maraqlarını təmsil etmək məqsədilə yaradılır.

QHT.az xəbər verir ki, bu fikiləri modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctmai Şuranın sədri Əliməmməd Nuriyev bildirib.

"İctimai şuraların ilkin funksiuyası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət etməklə onların hesabatlılığını artırmaq və şəffaflığı təmin etməkdir. Bu prosesin məqsədi dövlət qurumlarının qərar və fəaliyyətində cəmiyyətə faydalı olmasını təmin etməkdir. Lakin bəzi hallarda şuraların fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş məqsədlərdən uzaqlaşır və əsasən həmin dövlət qurumunun maraqlarını müdafiə edən struktura çevrilir. Bu, İctimai şuralara qarşı mənfi ictimai rəyin formalaşmasına gətirib çıxarır. Həmçinin bir sıra hallarda İctimai şuralar yanında yaradılgı qurumlar ilə çox sıx əməkdaşlıq etdikdə, ictimaiyyət onları müstəqil yox, daha çox dəstəkçi kimi qəbul edə bilər. Bu vəziyyət ictimai etimadın azalmasına səbəb olur. Çünki İctimai şuraların əsas funksiyası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət etməkdir, onların hər addımını müdafiə etmək deyil."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı