"Zəngəzur dəhlizi Qarabağdan sonra Azərbaycan-Ermənistan münasibətlərində sekulyativ mövzuya çevrilib" - Fərhad Məmmədov
“Zəngəzur dəhlizi Yeni İpək Yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfransda çıxış edən siyasi şərhçi Fərhad Məmmədov Ermənistan-Azərbaycan münasibətlərində Zəngəzur dəhlizinin Qarabağ mövzusundan sonra daha çox sekulyativ bir mövzu olduğunu qeyd edib.
QHT.az xəbər verir ki, “Zəngəzur dəhlizinin müxtəlif marşrutları ilə bağlı fikir mübadilələrinin geniş yayılmasına baxmayaraq, bu layihənin tarixinin 1990-cı illərə, xüsusilə 1997-ci ildə Bakıda təşkil edilən məşhur konfransa dayandığını qeyd etsək, o dövrdə Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin yaradılması ideyası formalaşmışdır. Lakin Qarabağın işğal altında olduğu dövrdə region tam olaraq bu nəqliyyat sistemlərinə qoşula bilmirdi. Bununla yanaşı, Zəngəzur dəhlizinin tələbatının aşağı olmasına gəlincə ümumiyyətlə o qədər də yük yoxdur ki, bizim bu dəhlizlərdən keçsin. Digər tərəfdən, siyasi baxımdan burada yenə münaqişənin təsiri var idi.”
Fərhad Məmmədov Bakı-Tiflis-Qars dəmir yolunun maliyyələşməsi məsələsinin ortaya çıxdığı zaman ABŞ-ın erməni təzyiqləri nəticəsində maliyyə institutlarına qoyulan qadağaları xatırladaraq, Gürcüstanın Azərbaycanın krediti hesabına bu layihəni həyata keçirdiyini bildirdi. Cənubi Qafqazın yüksək nəqliyyat potensialı olduğuna inanan siyasi şərhçi bunun reallaşması üçün yüklərin və siyasi maraqların cəlb edilməsi lazım olduğunu qeyd etdi. “Şərq, Qərb, Şimal və Cənubdan olan infrastruktur layihələrinin həyata keçirilməsi zəruridir, lakin hər iki istiqamətdə ciddi maneələr mövcuddur,” - deyə o əlavə etdi.
F.Məmmədov Azərbaycanın geosiyasi mövqeyini vurğulayaraq, “Şərq Qərbdən, yəni Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan, Qara dəniz və ya Türkiyə, eyni zamanda İran, Rusiya, Şimal, Cənub istiqamətində Azərbaycanın təşəbbüsləri var. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizinin tam potensialının istifadəsi üçün obyektiv və subyektiv səbəblərin aradan qaldırılması vacibdir” - dedi.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən təşkil olunub.
Pərvanə Fərhadqızı