Xəbərlər 01.11.2024 15:18 3459

QHT sədri COP29-un dolların iqtisadiyyatına təsirindən danışdı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a verdiyi özəl açıqlamada, COP29 tədbirinin dolların qlobal iqtisadi təsirlərinə bağlılığı olmadığını vurğulayıb. QHT.az-a açıqlama verən Atakişiyev bildirib ki, COP29 Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi mövzusunda keçirilən tədbiridir və noyabrın 11-dən 22-dək Azərbaycanda keçirilməsi planlaşdırılır.

"COP29 qlobal iqlim dəyişikliyi ilə bağlı dövlətlər və qurumların bir araya gəldiyi müzakirə platformasıdır. Bu tədbirdə yalnız iqlim dəyişikliyi mövzuları ətrafında qərarlar verilir və bu qərarların dolların iqtisadi təsirlərinə hər hansı bir əlaqəsi yoxdur," – deyə QHT sədri açıqlamasında qeyd edib.

O, əlavə edib ki, tədbirdə əsas diqqət karbon emissiyalarının azaldılması kimi ekoloji məsələlərə yönəldilir. Dolların dünya iqtisadiyyatına təsirinə gəlincə, Ruslan Atakişiyev bildirib ki, "dollar qlobal ticarət və valyuta ehtiyatı kimi mövqeyini qoruyub saxlayır."

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı