“Shirvan Operating Company Ltd” Şirkəti tərəfindən ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına müvafiq olaraq bu istiqamətdə “Shirvan Operating Company Ltd” Şirkəti tərəfindən mühüm işlər aparılır.
QHT.az xəbər verir ki, bu barədə “Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov məlumat verib. Onun sözlərinə görə, Şirvan-Salyan avtomobil yolunun keçən hissəsində Hacıqəhrəmanlı qəsəbəsi yaxnlığında ağacəkmə aksiyası keçirilib:
"Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, VI-cı cağırış üzrə Millət vəkili seçilmiş İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, “Shirvan OC Ltd” və "Karasu OC LTD" Şirkətinin kollektivi iştirak etdilər. Qeyd etmək istərdim ki, müntəzəm olaraq sex və sahələrdə sanitar qoruyucu meşə zolağlarında müxtəlif ağac növləri əkilmiş, suvarma və aqrotexniki qulluq göstərilmişdir. Hacıqəhrəmanlı qəsəbəsi yaxnlığında ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün hasarlanma işləri aparılıb. Xüsusi ilə vurğulamaq istəyirəm ki, “Shirvan OC Ltd” Şirkətinin kontrakt zonasına ümumilikdə 18 hektar 13568 ədəd müxtəlif növ yaşıllıq zolaqları salınıb. Onların daim suvarılması və onlara qulluq edilməsi təmin edilir. Bütün növ yaşıllıqların zədələnməsi və məhv olması hallarında əvəzli yaşıllaşdırma aparılması, yaşıllıqların bərpa edilməsi hər zaman diqqətdə saxlanılır. Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir.“COP29 tədbirinin keçirilməsi ümumilikdə dünya ekologiyasının qorunmasına, iqlimin təmiz olmasına bir çağırış məqsədi daşıyır".
Qeyd eedək ki, tədbirin sonunda isə yaşıllıqların salınmasında səmərəli fəaliyyəti ilə fərqlənən işçilərə Həmkarlar İttıfaqı Komitəsinin təşkilatçılığı ilə rəhbərlik tərəfindən hədiyyələr təqdim edildi.