Bank əməkdaşları üçün Liderlik Bacarıqlarının İnkişafı proqramı başladı
ADA Universitetinin İxtisasartırma Proqramı çərçivəsində "Yelo Bank"ın 25 menecerinin peşəkar bacarıqları inkişaf etdiriləcək. Liderlik Bacarıqlarının İnkişafı proqramı 7 modul üzrə həyata keçiriləcək və menecerlərin peşəkar səviyyəsini gücləndirmək üçün nəzərdə tutulub.
QHT.az xəbər verir ki, proqram aşağıdakı əsas mövzuları əhatə edəcək:
- Liderlik bacarıqları
- Emosional zəka
- Rəy vermə və alma
- Liderlik ünsiyyəti və etikası
- Çevik liderlik və düşüncə tərzi
- Dəyişikliyin idarə edilməsi
- Motivasiya və komandanın uğur üçün idarə edilməsi
Bu təlimlər vasitəsilə menecerlərin liderlik və idarəetmə bacarıqları daha da möhkəmləndiriləcək.