Xəbərlər 12.09.2024 14:50 2782

"QHT-lərin maddi texniki bazası çox zəifdir" - Rauf Zeyni / VİDEO

Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni, TV1 kanalında çıxışı zamanı Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və gələcək perspektivləri ilə bağlı vacib sualları cavablandırıb. O, ölkədə vətəndaş cəmiyyətinin inkişafını, görülən işləri və ictimai sektorun mövcud vəziyyətini dəyərləndirib.

QHT.az xəbər verir ki, Rauf Zeyni, vətəndaş cəmiyyətinin fəaliyyəti haqqında danışarkən qeyd edib ki, Azərbaycanın reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir sıra addımlar atılıb. O, xüsusilə QHT-lərin bu sahədəki rolunu vurğulayıb və son proseslərlə bağlı üçüncü sektorun aktiv iştirak etdiyini bildirib. Zeyni, vətəndaş cəmiyyətinin resurslarının güclü və zəif tərəflərini də qeyd edib. Onun sözlərinə görə, bu sektorda əsas çətinliklərdən biri maddi-texniki bazanın zəif olmasıdır. "QHT-lərin maddi-texniki bazasını dövlət və özəl sektorla müqayisə etmək mümkün deyil. Bu məsələ dəfələrlə müzakirə olunub və bu gün də aktuallığını qoruyur. Vətəndaş cəmiyyətinin inkişafı üçün bu baza gücləndirilməlidir," deyə o bildirib.

Rauf Zeyni, gənclərə tövsiyələrini də çatdıraraq vurğulayıb ki, hər bir ölkədə üç əsas sektor – dövlət, özəl və ictimai sektor – mövcuddur. O, dövlət sektorunun güclü olmasının vacibliyini, onun iqtisadiyyat, ordu və digər sahələrdə aparıcı rol oynadığını qeyd edib. Özəl sektorun inkişafının da vacib olduğunu vurğulayan Zeyni, ictimai sektorun əvvəlki illərlə müqayisədə inkişaf etdiyini, lakin daha çox dəstəyə ehtiyac olduğunu bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı