Xəbərlər 12.09.2024 13:25 1826

“Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Samuxda “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi.

QHT.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı yarımbəndinin icrası ilə bağlı olaraq “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Samux 1 saylı Mediasiya təşkilatının direktoru Raul İsmayılov, Samux Rayon İcra Hakiiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzvləri iştirak etdilər.

Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxışında mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin, müsbət nəticə göstərdiyini bildirdi. Daha sonra İsmayılov Raul çıxış edərək mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən bəhs etdi.

Sonunda qeyd olunan problemlərin həlli istiqamətində təkliflər müzakirə edildi.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı