Xəbərlər 06.09.2024 17:30 2939

QHT sədri Azərbaycanın iqtisadi potensialını irəlilətmək üçün TƏKLİFLƏR VERİB

QHT.az -a açıqlama verən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli, Azərbaycanın iqtisadi artım proqnozlarının daha müsbət olmasını təmin etmək üçün qeyri-neft sektoruna diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. O, ölkənin alternativ enerji, nəqliyyat və logistika sahələrində inkişafını sürətləndirmək, həmçinin kənd təsərrüfatı və istehsal sahələrində ixracat potensialını artırmaqla iqtisadi artımı dəstəkləyəcəyini qeyd edib. Ekspert, bu tədbirlərin iqtisadi sabitliyi gücləndirə biləcəyini və gələcəkdə daha yaxşı nəticələr əldə ediləcəyini bildirib: 

"Aparılan iqtisadi strategiya göstərir ki, bu problemi digər vasitələrlə, məsələn, nəqliyyat və logistika sahəsinin inkişafı, alternativ enerji mənbələrinin (yaşılı enerji) ölkədə inkişafı, qeyri-neft sektorunun, kənd təsərrüfatının və digər istehsal olunan məhsulların ixracat potensialının artırılması ilə aradan qaldıra bilərik. Dünya Bankının proqnozları hələ tam aksioma deyil və dəyişdirilə bilər, çünki ilin əvvəli və ortasında proqnozlar fərqlənir. Dünyada gedən iqtisadi proseslər buna təsir göstərəcək. Ölkəmiz qaz ixracatı üzrə potensialını artırır, tərəfdaşlarının sayını genişləndirir və gələcəkdə bu sektorda inkişaf əldə ediləcəyini düşünürəm. Beləliklə, bu proqnozların tam olaraq doğrulub-doğrulmayacağını demək çətindir, lakin ölkəmizin geniş iqtisadi potensialı və imkanları mövcuddur."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı