“Dərzilik” kursu tamamlandı: Gənc modelyerlər praktiki təcrübəyə göndəriləcək / FOTOLAR
"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Ailələrdə sənətkarlığın təşviqi” layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun sonuncu dərsidir və layihə iştirakçıları praktiki təcrübəyə göndəriləcəkdir.
QHT.az xəbər verir ki, Fondun direktoru Gülbəniz Bayramova gənclərlə görüşdü və onları kursda aktiv iştirak etdikləri və dərzilik peşəsini professional səviyyədə öyrəndikləri üçün təbrik etdi və gələcək addımlarında uğurlar arzuladı.
"Dərzilik" kursu üzrə dərslərdə eskizlərin çəkilməsi, geyimlərin konstruksiyası, geyim tərtibi analizi və moda, dəb mədəniyyəti barədə biliklər professional şəkildə öyrədilib. Dərs zamanı gənclər komanda ilə işləmək bacarığını əldə ediblər, peşənin incəliklərini öyrəniblər. Kurs müddətində gənclər komanda ilə işləmək bacarığını, peşənin incəliklərini öyrəndilər. Eyni zamanda gənc modelyerlər qrup işi olaraq kolleksiya hazırlayıblar.