Xəbərlər 19.07.2024 13:28 4309

"Əsir, girov və itkinlərin axtarışına dəstək" adlı layihənin icrası uğurla davam edir - FOTOLAR

"QÜRUR" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əsir, Girov və İtkinlərin axtarışına dəstək" adlı layihənin icrasını uğurla davam etdirir.

QHT.az xəbər verir ki, bu məqsədlə, layihə rəhbəri Naibə Behbudova çəkiliş heyətinin üzvləri ilə birlikdə Xocalı rayonuna ezam olunublar. Xocalıda əsir, girov və itkinlər haqqında videoçarx hazırlanacaq. Belə ki, QHT nömayəndələri onların ailə üzvləri ilə görüşərək, Xocalı faciəsi zamanı itgin düşmüş yaxınları haqqında müsahibələr götürüb.

Naibə Behbudova bildirib ki, nümayəndələr eyni zamanda Xocalıda gedən abadlıq işlərinin, oradakı küçələrin, yenicə inşa olunmuş evlərin, gül çiçəklə bürünmüş küçələrin gözəllikləri ilə də tanış olublar: "Bütün bu gözəl günləri bizə nəsib edən Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, Prezidentimizə uzun ömürlər diləyirik".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı