Xəbərlər 17.07.2024 09:49 2064

Qazaxda məktəblilər üçün "Yaşıl Dünya Naminə Həmrəylik İli" yay düşərgəsi keçirilib - VİDEO

ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün təşkil edilən "Yaşıl dünya naminə həmrəylik ili" yay düşərgəsi böyük maraq və coşğu ilə keçirilib. Yay düşərgəsi, ekoloji biliklərin artırılması və ətraf mühitin qorunması sahəsində şagirdlərin maarifləndirilməsi məqsədilə təşkil olunub.

QHT.az xəbər verir ki, düşərgədə iştirak edən məktəblilər müxtəlif ekoloji mövzularda maarifləndirici sessiyalarda iştirak edib, təbiəti qoruma və ətraf mühitin mühafizəsi haqqında məlumatlar alıblar. Həmçinin, iştirakçılar üçün müxtəlif əyləncəli və tədris proqramları da təşkil edilib. Bunlara təbiət gəzintiləri, ekoloji oyunlar, təbiətə dost davranışların öyrədilməsi və digər ekoloji fəaliyyətlər daxildir.

Layihənin əsas məqsədi məktəblilərə ətraf mühitin qorunması sahəsində məlumat vermək və onları bu sahədə aktiv iştirak etməyə həvəsləndirməkdir. Yay düşərgəsinin sonunda iştirakçılar sertifikatlarla təltif olunub və onların gələcəkdə ekoloji fəaliyyətlərdə aktiv iştirak etmələri üçün motivasiya olunublar.

Bu layihə, gənc nəsil arasında ekoloji şüurun formalaşdırılması və təbiətin qorunmasına yönəlmiş biliklərin artırılması istiqamətində əhəmiyyətli bir addımdır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı