Özəl sektorda işçi sayında artım: Deputatdan AÇIQLAMA
"2024-cü il iyunun 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 min nəfər çoxdur. Dövlət sektorunda çalışanların sayı 5.5 min nəfər azalıb, özəl sektorda isə 28.6 min nəfər artıb".
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən qeyri-leqal məşğulluğun rəsmiləşdirilməsi, qanunvericilikdə edilən dəyişikliklər və yeni iş yerlərinin yaradılması ilə bağlıdır: "Dövlət sektorunda isə struktur islahatları və əməyin yenidən qiymətləndirilməsi səbəbindən işçi sayı azalıb. Məsələn, təhsil sektorunda və dövlət idarəetməsi və müdafiə sferasında işçi sayı azalıb. Ümumilikdə, əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması və özəl sektorun payının daha da genişləndirilməsi prioritet olaraq qalır".