Xəbərlər 24.06.2024 10:15 2506

Uşaq Səfirlər Məclisi müxtəlif regionlarda interaktiv təlimlər keçirir - FOTOLAR/ VİDEO

Uşaq Səfirlər Məclisi Mingəçevir üzrə regional nümayəndəsinin təşəbbüsü ilə "Uşaqdan-böyüyə" adlı interaktiv təlim keçirilib. Təlimdə uşaqlar və böyüklər arasında qarşılıqlı əlaqə və təcrübə paylaşımı məqsədi ilə müxtəlif fəaliyyətlər təşkil edilib.

QHT.az xəbər verir ki, Tərtər üzrə regional nümayəndə Aişə Bayramlı tərəfindən "Karyera İmkanlarında Gender Bərabərliyi" mövzusunda interaktiv təlim keçirilib. Təlimdə iştirakçılar gender bərabərliyi və karyera imkanlarının genişləndirilməsi mövzularında maarifləniblər.

Xocalı üzrə regional nümayəndələr "Yalnız bir DÜNYA" layihəsi çərçivəsində "EkoSistemlərdə Dəyişikliklər: Bioloji Maddələrin Rolu" adlı təlim keçiriblər. Bu təlimdə ekosistemlərin əhəmiyyəti və bioloji maddələrin rolu müzakirə edilib.

Bundan əlavə, "Mənim Hüquqlarım" adlı təşviqat avtobusu layihəsi çərçivəsində Daşkəsən rayonunda təlimlər keçirilib. Təlimlərdən görüntülər göstərir ki, iştirakçılar hüquqlarını daha yaxşı anlayı və tətbiq etməyi öyrənıblər.

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı