QHT vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində 10-cu tədbirini keçirib - FOTOLAR
Artıq xeyli vaxtır ki, “Yeni Fikir” JHİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq Qax, Zaqatala və Balakən rayonlarında maarifləndirici tədbirlər həyata keçirir. Layihənin tədbirləri haqqında mütəmadi olaraq məlumatlar paylaşılır. Bu tədbirlərdə 200-ə yaxın yeniyetmə və gənc iştirak edib. Vətən müharibəsindəki qələbəmizin dərslərinin timsalında milli həmrəyliyimiz gənclərə aşılanıb, şəhidlərimizin bu müqəddəs amal uğrunda döyüşərək canından keçdikləri dönə-dönə dilə gətirilib. Yeni Suvagil kəndi 44 günlük Vətən müharibəsində 3 şəhid, ümumilikdə isə 18 şəhid verib. Layihə tədbiri Mina Nəzirova adına Suvagil kənd 1 saylı tam orta məktəbində idi. Artıq son zəng vurulub məktəblilər yay tətilinə buraxılıblar. Lakin məzunlar və yuxarı sinif şagirdəri dəvəti qəbul edib və dəyirmi masaya toplaşıblar. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
QHT.az xəbər verir ki, bu barədə məlumat verən layihənin rəhbəri E. Mehdiyeva “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsinin məram və məqsədi ilə iştirakçıları tanış edib.
Ekspert İbrahim İbrahimov qeyd edir ki, rayonun ilk şəhidi Elvin Qədirov bu kənddən olub. 8 oktyabr 2020-ci il idi. Suvagil kəndində ikinci şəhidi, Fəqan Məmmədovu torpağa tapşırırdıq. Fəqanın nə kimi bir iğidlik göstərməsini isə ertəsi gün onun ölümdən qurtardığı döyüşçü dostlarının sosial şəbəkədə yazdıqları kiçik hekayədən bildik. Dostları yazırdılar: “Biz erməniləri pusquya sala bildik. Bu vaxtı onlar ağ bayraq qaldırdılar. Buna inanaraq silahı endirdik və irəliyə getdik. Bu vaxtı onlar üstümüzə qumbara atdılar. Hər şey bir anda baş verdi. Fəqan bizləri itələyərək qumbaranın üstünə yatdı. Və şəhid oldu.” Bəli, bu cür döyüş hekayələri yüzlərlədir və bu bizim üçün vətən dərsi, birlik dərsidir, gələcək nəsil vətənpərvərliyi, yüksək insani keyfiyyətləri belə qəhrəmanlarımızdan öyrənməlidirlər".
Tədbir iştirakçıları öz çıxışlarında şəhidlərə sonsuz minnətdarlıqlarını bildirməklə onların ruhu qarşısında borclu olduqlarını da bildirdilər. Məktəbin ədəbiyyat müəllimi Mesed Musayeva bildirir ki, məktəbdə hər zaman şagirdlərə vətənpərvərlik hissləri aşılanır. Şəhid ailələri ilə tez-tez görüşlər keçirilir. Həmrəyliyimizlə fəxr edirik. Suvagil kənd 2 saylı tam orta məktəbinin müəllimi Aysel Heydərova məktəbin şəhid əmisi Akif Qədirovun adını daşıdığını bildirir. Şəhid Elvin, Fəqan mənim şagirdlərim olublar. Biz hər zaman şəhidləri yad edirik, mətəbimizdə tez-tez vətənpərvərlik ruhunda tədbirlər keçirdirik. Şagirdərdən Leyla Əliyeva, Vüqar Hacıyev, Aynur Əmirova, Murad Aydınov, Lalə Məlikova və başqalarının çıxışları bir fikri ifadə etdi:-Müharibə bitsə də bizim hər birimiz bu gün də mənfur düşmənin revanşist hərəkətlərinin cavabını verməyi bacarmalıyıq. İstər sosial şəbəkələrdə, istərsə də digər internet resurslarında düşmənin təxribatına cavab verməli, dünyaya həqiqətləri yaymağı bacarmalıyıq. Bu bizim vətəndaşlıq borcumuz olmaıdır. Çünki bu vətəni bizdən artıq sevən olmayacaq.
Məktəbin diretoru Abdurahman Soltanov layihənin birliyin, həmrəyliyin təşviq edilməsində çox böyük əhəmiyyət kəsb etdiyini bildirir. Layihə tədbirinin məhz onların məktəbində keçirilməsinə görə minnətdarlığını bildirir: "42 ildir məktəb direktoru işləyir. 44 günlük müharibədə gənclərimizi yenidən kəşf etdik. Sevinirəm ki, şagirdlərimizə vətəni sevdirə bilmişik, onun uğrunda canından keçməyə hazır olan bir nəsil yetişdirmişik. Müharibə zamanı arxa cəbhə qələbəmizin qazanılmasında həlledici rol oynadı, o vaxtı həmrəyliyimiz pik həddinə çatmışdı. Vətəndaş həmrəyliyimiz gücümüz, sərvətimizdir".