Kişilər Boşanmaya Necə Hazırlaşırlar? QHT psixoloqu yazır
Qadınlar çox zaman ailədə və münasibətlərdə nə baş verdiyini tam olaraq anlamır. Nədən həyat yoldaşı ilə yaşamaq dözülməz olur? Necə deyərlər, qadın başını götürüb qaçmaq istəyir. Bu bilirsiniz nədir? Kişi qadını öz qərarları və fikirləri ilə boşanma prosesinə hazırlayır. İndi tam olaraq sizə anladım.
Kişilər boşanma qərarında bir az çəkincən və qorxaq olurlar. Boşanma məsələsinə gəldikdə, qəti qərara gəlib, həyat yoldaşıyla yaşamaq istəmir, ailə ortamı ona dözülməz gəlir və yaxud həyatında başqa qadın peyda olub.
Kişi ailədə konflikt, göz yaşları, qışqırıq-bağırıq görmək istəmir. Öz düşüncəsiylə özünü günahkar və xəyanətkar kimi hiss etmək istəmir. Və bu halda kişi hansı addımı atır? Həyat yoldaşının yaşam tərzini planlı surətdə dözülməz edir. Qadın özü ilk boşanmaya ərizə verir.
"Sən niyə belə baxırsan, niyə belə nəfəs alırsan, niyə bu qədər baxımsızsan, nədən bu qədər dadsız yemək edirsən, sənə görə çox utanıram." Yəni qadının hər anına bəhanələr olur. Fiziki və psixoloji təsirlər, sübuta yetirilməmiş yersiz aqressiv qısqanclıqlar, açıq-aşkar xəyanətlər, ikili həyat tərzi və bunu gizlətmədən açıq-aşkar göstərmək normal hala çevrilir. Qadın o qədər mənəvi tükənir ki, nəhayət boşanmaya qərar verir. Kişi isə bundan özünü daha rahat, vicdanını təmiz olduğunu düşünür və bütün cavabdehliyi, ailə dağıtmaq statusunu qadının üzərinə qoyur. Hər kəsə "Mən ayrılmaq istəmirdim, yoldaşım özü bu qərara gəldi" deyir.
Əgər münasibətlər dözülməzdirsə, anlaşılandır. Ayrılıq hər zaman ağır və kədərli proses olur. Qadının emosional və psixoloji özünü bərpa etməsi uzun zaman tələb edir. Bir insan onun həyatını məhv edən, incidən, geri çəkən hisslərə münasibətlərə son qoya bilmirsə, onun gələcəyi olmur.
Samirə İsmayılova
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin psixoloqu