Xəbərlər 14.06.2024 12:29 3368

Suraxanı rayonu 278 saylı məktəbdə Qazilərlə Görüş keçirilib - FOTOLAR

Əsgər Ailəsi Cəmiyyəti VTİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan "Müharibə Veteranlarını Tanıyaq, Tanıtdıraq" adlı layihə çərçivəsində Suraxanı rayonu 278 saylı məktəbdə görüş keçirmişdir.

Görüş məktəbin akt salonunda vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya halında keçirilib.

QHT.az xəbər verir ki, öncə Azərbaycan himni səslənib, sonra şəhidlər anılıb. 278 saylı məktəbin musiqi kollektivi "Xudayar təsnifi" ilə səhnəyə qalxaraq salondakılar tərəfindən alqışlanıb və Qarabağa aid şeirlər səsləndiriblər. Tədbirdə təşkilatın sədri Roza Əliqızı xüsusi təyinatlı qazilərimizi səhnəyə dəvət edərək onları şagirdlərlə tanış edib.

7 nəfər qazi səhnəyə çıxaraq, yeniyetmələri salamlayıb, döyüş xatirələrindən danışıb və onların 44 günlük müharibə ilə bağlı verdikləri sualları cavablandırıblar. Əsgər Ailəsi Cəmiyyəti VTİB-nin hazırladığı bukletlər məktəblilərə paylanılıb. Sonda təşkilat tərəfindən 7 qaziyə suvenir hədiyyələr və fəxri fərmanlar verilib.

Qazilərlə görüşlər davam edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı