Xəbərlər 14.06.2024 00:57 1404

Gəncədə Zorakılığa Məruz Qalmış Qadınların Sosial Sahibkarlıq Bacarıqlarının Artırılması Konfransı Keçirilib - FOTOLAR

Mediatorlar Gəncə şəhərində "Zorakılığa məruz qalmış region qadınlarının sosial sahibkarlıq bacarıqlarının artırılması" layihəsi çərçivəsində təşkil olunan konfransda iştirak edib.

QHT.az xəbər verir ki, Avropa İttifaqı, BMT və Təmas RİİB-in təşkilati dəstəyi ilə keçirilən konfransda dövlət orqanları nümayəndələri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova, Goranboy 1 saylı Mediasiya Təşkilatının rəhbəri Vüsalə Tağıyeva iştirak edib.

Çıxış edən Nadir Adilov mediasiya prosesləri barədə məlumat verib və gələcək perspektivlərdən danışıb. Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri, Qadın Vəkillər Alyansının üzvü Sevda Məhərrəmova da çıxış edərək qadın vəkillərin ödənişsiz hüquqi yardım layihələri barədə məlumat verib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı