Xəbərlər 11.06.2024 12:45 1611

QHT “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəyə start verib

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəyə start verdi.

Layihənin ideyası Regionlarda qadınların sosial hüquqlarının qorunması, sahibkarlığın inkişafı üçün qadınların bilik və bacarıqlarının artırılması, sahibkarlıq mühitinin stimullaşdırılması təşəbbüslərinin dəstəklənməsidir.

Layihə region qadınlarının orta və kiçik sahibkarlıq sahəsində biliklərinin, əmək bazarında qadınların rolunun artırılmasına və məşğulluq problemlərinin həll olunmasına istiqamətlənib. Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı, İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınların iştirakı ilə  həyata keçiriləcək.

Düşünürük ki, bu layihəni həyata keçirməklə biz Azərbaycanın regionlarında kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı üçün yerli mühiti formalaşdıran problemlərə və imkanlara dair informasiya çatışmazlığı qismən aradan qaldırılacaqdır.

 

Südabə Şirəliyeva

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB 

[email protected]


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı