Xəbərlər 20.05.2024 08:16 2313

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak oldu

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

 

QHT.az ASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti sədri PirHüseyn Kulivənd məlumat yayıb.

 

"Qəzaya uğrayan helikopterin yeri aşkar ediləndən sonra sərnişinlərin sağ qalmasına dair heç bir əlamət aşkar edilməyib", - deyə o bildirib.

 

Qeyd edək ki, daha əvvəl Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında helikopterin qalıqlarının tapıldığını bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı