Xəbərlər 22.04.2024 09:12 917

Şəhid Qəhrəmanın qızı Türkiyədə Robotexnika yarışmasında birinci oldu

Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ kapitanı Rəşad Abdullayevin qızı Rüqəyya Abdullayeva 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Robotexnika yarışmasında 1-ci yer tutub.

QHT.az xəbər verir ki, bu uğur Rüqəyyə xanımın təkcə şəxsi zəhmətinin deyil, həm də ailəsinin və təhsil aldığı müəssisənin dəstəyinin nəticəsidir. Belə beynəlxalq yarışlarda birinci olmaq texnologiyaya olan marağı və istedadların inkişafına sadiqliyini göstərir. Rüqəyyənin bu qələbəsi həm də atası XTQ kapitanı Rəşad Abdullayevin vətən uğrunda apardığı mübarizəni, şəhidliklə nəticələnən fədakarlığını xatırladır. Bu böyük uğur onu göstərir ki, onun irsi yaşayır, ailəsinin, vətəninin, milli dəyərlərinin yanındadır.

Bu uğur Ruqəyyaya təkcə texnologiya dünyasında deyil, həyatın bütün sahələrində uğur qazanmağa güclü başlanğıc verəcək. Bu qürurverici anda ona və ailəsinə səmimi təbriklərimi çatdırmaq və gələcək uğurlarının hamısına dəstəyimi bildirmək istəyirəm.

Bu möhtəşəm uğur münasibətilə Rüqəyya balamızı ürəkdən təbrik edir, gələcək həyatında bol-bol uğurlar arzulayırıq!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı