Xəbərlər 11.04.2024 12:26 4037

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Quru Qoşunlarının 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 6 komanda üzrə 18 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.

Yekun nəticələrə əsasən, 1-ci yerdə "Şəmkir" komandası, 2-ci yerdə "Hadrut" komandası, 3-cü yerdə isə "Bakı" komandası qərarlaşıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı