Xəbərlər 09.04.2024 23:40 5160

COP-un əsas mövzusu olan iqlim dəyişikliyi üzrə  kurs keçiriləcək - FOTOLAR

COP-un əsas mövzusu olan iqlim dəyişikliyi üzrə biliklərinizi artırmaq istərdinizmi? O zaman iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri haqqında bilik və bacarıqlar əldə etmək şansını qaçırmayın!

QHT.az xəbər verir ki, “Milli Uyğunlaşma Planına dəstək” layihəsinin (NAP) səyləri nəticəsində iqlim dəyişikliyi mövzusuna marağı olan hər kəs artıq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dayanıqlı inkişaf üzrə magistratura proqramı çərçivəsində iqlim dəyişikliyinə uyğunlaşmaya yönəlmiş kurslara yazılmaq imkanı əldə edə bilər. BMTİP-nın NAP layihəsi komandasının DİA-nın rəhbər heyəti ilə görüşü nəticəsində kurs proqramının mövzuları və tarixi müəyyənləşdirilib. Kurs sentyabr ayında başlayacağı üçün bu maraqlı fürsətə hazır olun!

Eyni zamanda, may ayında dövlət qurumlarının müvafiq qərarverici şəxsləri üçün iqlim dəyişmələri mövzusunda ixtisaslaşdırılmış təlimlərə start veriləcək. İqlim təhsili iqlim böhranını başa düşmək və həll etmək üçün çox vacibdir, çünki o bizə daha davamlı və dayanıqlı gələcək üçün lazım olan bilik və bacarıqlar verir. 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı