Xəbərlər 09.04.2024 14:10 6006

QHT-nin təşəbbüsü ilə "Aerokosmik Modelçilik Festivalı" keçiriləcək - FOTOLAR

Aprelin 12-də “Yeni Texnologiaların İnkişafına Dəstək” ictimai birliyinin təşəbbüsü ilə, Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Aviamodellərin uçuş meydançasında “Aerokosmik Modelçilik Festivalı” keçiriləcək.

QHT.az xəbər verir ki, festival 2 turdan ibarət olmaqla, ümumilikdə 7 növ üzrə keçiriləcəkdir. Bunlar müvafiq olaraq raket modelçiliyi üzrə; Streamer S3-A1, Streamer S-3A, Paraşüt S-6B, Raketoplan S-4C Eksperimental raket modelləri və əlavə olaraq FPV Dron və Təyyarə modellərindən ibarətdir.  Tədbirdə həmçinin, intellektual viktarina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi nəzərdə tutulmuşdur. Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradacaq.

Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, eləcə də komanda halında olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.

Tədbirin proqramına uyğun olaraq, festival 12 aprel 2024 cü il tarixdə, səhər saat 10:00 dan, 18:00 dək davam etməsi planlaşdırılıb. Ərazi olaraq Xəzər rayonu, avia-modellərin uçuş meydançası müəyyən olunmuşdur.  Yarış zamanı, beynəlxalaq qaydalara uyğun olaraq, texniki təhlükəsizliklə bağlı tərəfimizdən lazımi tədbirlər görüləcəkdir. Bununla yanaşı keçən il olduğu kimi bu ildə FHN XRXX-nin Pirotexnika şöbəsinin əməkdaşları öz xidməti maşınları ilə, tədbirdə tərəfdaş kimi iştirak edəcəklər. İctimai asayişin qorunması, DİN-nin müvafiq əməkdaşları tərəfindən həyata keçriləcək.

Qeyd edək ki, Festival Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Hərbi Hava Qüvvələri, İnnovasiyalar Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AZAL, Aviasiya Akademiyası, Hədəf STEAM Liseyi, IT INNOVATIONS compyuter academy, Robotzade MMC, NSR GROUP, Bucard, Başkənt Restoranı, Nərgiz Klinikası, ALTAY Engineering&Construction, LIFE ACADEMY, ETNA TRAVEL və digərlərinin tərəfdaşlığı ilə baş tutacaq.

Məkanın kordinatı: Xəzər rayonu, avia-modellərin uçuş meydançası:

 

https://www.google.com/maps/place/%D0%A5%D0%B0%D0%B7%D0%B0%D1%80%D1%81%D0%BA%D0%B8%D0%B9+%D1%80%D0%B0%D0%B9%D0%BE%D0%BD/data=!4m2!3m1!1s0x403067b16d9eee71:0x2987115b078f7ee2?utm_source=mstt_1&entry=gps&g_ep=CAESCTExLjc5LjMwMRgAIIgnKgBCAkFa

 

Qeydiyyat linki:  https://forms.gle/dApUYnh7pgPi4uzk9

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı