Xəbərlər 05.04.2024 22:24 5109

Əxlaqi Prinsiplər və Süni İntellekt - Fatima Hacibeylidən açıqlama

“Əsas əxlaqi prinsiplər, “özünə qarşı hansı münasibəti görmək istəyirsənsə, başqalarına qarşı da elə münasibət nümayiş etdir” kimi “Qızıl qayda”dır. Beləliklə, onun əsasında başqa adamların hüquq, hiss və əqidələrinə hörmət, insanlar arasında münasibətlərin sülh və həmrəylik üzərində qurulması dayanır”.

Bu fikri "Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatima Hacibeyli QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, süni intellektin əsas hədəflərindən biri kompüterlərin təbii dili başa düşməsidir: “Sadəcə qeyd edək ki, süni şüur – özünü canlı hiss edən, real emosiyaları yaşaya bilən kompüterləşdirilmiş sistemlər üzərində də işlər aparılır. Hazırda süni intellekt mürəkkəb texnoloji və proqram həlləri kompleksinə çevrilib və bir çox sahədə insanın intellektual fəaliyyətini üstələyən nəticələr əldə etməyə imkan verməkdədir. Süni intellekt hələ böyük gözləntiləri qarşılaya bilməsə də, öz inkişafında “uşaqlıqdan” yeni mərhələyə keçməkdədir”.

Fatima Hacibeyli həmçinin qeyd edib ki, süni intellekt bir sözlə avtomatlaşdırılmış bir dünyadır, nə qədər avtomatlaşdırılmış bir dünyada yaşasaq da əxlaq prinsiplərinə də riayət etməliyik!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı