Xəbərlər 03.04.2024 16:55 4112

Sabirabad 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib - FOTOLAR

Mediasiya Şurası tərəfindən vətəndaş məmnunluğu və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq mediasiya təşkilatlarının fəaliyyətinin monitorinqi aparılır.

QHT.az xəbər verir ki, 3 aprel 2024-cü il tarixində Sabirabad 1 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi təşkil edilmişdir. Təşkilat fəaliyyətə başladığı dövrdən formalaşma mərhələsini keçmiş və keyfiyyətli mediasiya xidmətlərinin həyata keçirilməsi üçün vətəndaş yönümlü ofislə şəraiti təmin edilmişdir.

Sabirabad 1 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimində Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Şuranın Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Mediasiya Şurasının Türk Dünyası Mediatorlar Birliyində təmsil olunan Komissiya sədri, mediasiya təlimçisi Qasım Şalıyev, eyni zamanda mediasiya təşkilatı rəhbərləri və Sabirabad rayonunun ictimaiyyəti iştirak etmişdir. İctimai təqdimat mərasimində çıxış edən Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov qeyd etmişdir ki, mediasiya təşkilatları ilkin vaxtlarda özlərini keyfiyyətli ofis şəraitləri ilə, vətəndaş yönümlü ofislərlə təmin olunmaqda ciddi problemləri var idi. Amma çox sevindirici haldır ki, ölkəmizdə mediasiya xidmətləri inkişaf etdikcə region mediasiya təşkilatları da vətəndaş yönümlü ofislərdə fəaliyyət göstərə bilirlər. Çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov təşkilatın fəaliyyətinə uğurlar arzu etmiş və təşkilatın mübahisələrin həllində mühüm rol oynadığını qeyd etmişdir.

Təqdimat mərasimi zamanı eyni zamanda mediasiya xidmətlərinin həyata keçirilməsində vətəndaş məmnunluğu, mediasiyada əldə edilən barışıq sazişlərinin keyfiyyətli məzmunu, problemlər və qarşıda duran hədəflər də müzakirə edilmişdir.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı