Xəbərlər 03.04.2024 10:22 2678

Azərbaycan Beynəlxalq Sosial İşçilər Federasiyasında təmsil olunur - FOTOLAR

Beynəlxalq Sosial İşçilər Federasiyası Qlobal ofisi Aprelin 1-i və 2-si Panamada Ümumi Yığıncağını keçirib. Yığıncaq hibrid şəkildə keçirilib. Ümumi Yığıncaqda 153-dən çox üzv ölkə iştirak edib. Ümumi Yığıncaqda Beynəlxalq Sosial İşçilər Federasiyasının kontinentlər üzrə ofislərinin hesabatları dinlənilənilib, yeni vəzifələr seçilib, sosial məsələlər üzə qlobal agenda müzakirə və təyin olunub. Azərbaycan Sosial İş İctimai Birliyini Panamada Birliyin İdarə Heyətinin üzvü Aytəkin Hüseynli, Sənan Ağayev və Məsləhət Şurasının üzvü İlkanə Qoca təmsil edib.

QHT.az xəbər verir ki, Ümumi Yığıncağın açılışında çıxış edən Aytəkin Hüseynli mediada yanlış məlumatların yayılmasının neytrallığı pozulmasına və nəticədə yanlış sosial təsirlərin yaranmasına gətirib çıxardığını bildirib. Daha sonra Aytəkin Hüseynli irqçiliyin və digər ölkələrdən gələn qaçqınlara fərqli münasibətin sosial ədalətin də qorunmasında mane olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Yığıncağa onlayn qoşulan, Azərbaycan Sosial İş İctimai Birlyinin Məsləhət Şurasının üzvü, İlkanə Qoca Ümumdünya Səhiyyə Təşkilatı qarşısında müharibədən əziyyət çəkən insanların, Azərbaycan da daxil olmaqla psixi sağlamlığının yaxşılaşdırılmasında qabaqcıl təcrübələrin öyrənilməsini və tətbiqinin təşkil olunmasını təklif etmişdir. İlkanə xanım yığıncaqda həmçinin Azərbaycanda mina qurbanlarının günü-gündən daha da artdığını və hələ də Azərbaycanın quru yolla birbaşa Naxçıvan Muxtar Respublikanı ilə əlaqəsinin olmamasından, illərlə blokadada saxlanıldığına diqqət çəkib. Daha sonra İlkanə xanım iclasda Beynəlxalq Sosial İşçilər Federasiyasına üzvlük üçün yalnız dünya tərəfindən rəsmi şəkildə tanınan ölkələrin üzv seçilməsi və bir-biri ilə konfliktə olan ölkələrin birgə işləməsi üçün səmərəli tərdbirləin keçirilməsi təklifləri ilə çıxış etmiş.

Qeyd edək ki, Beynəlxalq Sosial İşçilər Federasiyasının 2024-cü il Ümumi Yığıncağında keçirilən seçkilər zamanı Beynəlxalq Sosial İşçilər Federasiyasının Avropa Qitəsi üzə yeni Prezident və Vitse Prezidentlər seçilmişdir. Preziden Böyük Britaniyadan xanım Dr. Ruth Allen və Vitse Prezident, Norveçdən cənab Andreas Kikvik seçilmişdir. Azərbaycan Beynəlxalq Sosial İşçilər Federasiyasının Avropa Qitəsi üzv ölkələrinə daxildir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı