“Hüquq və insan haqları virtual kitabxanası”nda 100.000 yüklənmə...
BMT İnkişaf Proqramının (UNDP Azerbaijan) dəstəyi ilə 2023-cü il may ayının 10-da yaradılan Heydər Əliyev adına “Hüquq və insan haqları virtual kitabxanası” (https://lhri.az/az/library) fondda olan elektron resursların 100.000-ci yüklənməsini qeyd edib.
QHT.az xəbər verir ki, yerli alimlərin və hüquqşünasların müəllifliyi ilə hazırlanan 300-dən çox vəsait ölkənin hüquq icması, o cümlədən vəkillər, hakimlər, prokurorlar və hüquq fakültələrinin tələbələri tərəfindən geniş istifadə edilir.
Növbəti ildə virtual kitabxananın daha da zənginləşdirilməsi nəzərdə tutulur.