30 ilini ədalətdən qaçan keçmiş terrorçu Almaniyada tutulub
Almaniyanın sol təmayüllü terror qruplaşması olan Qırmızı Ordu Fraksiyasının (RAF) keçmiş üzvü Daniela Klette Berlində saxlanılıb. Bu barədə fevralın 27-də Aşağı Saksoniya federal əyalətinin Verden şəhərinin prokurorluğu məlumat yayıb.
QHT.az xəbər verir ki, 65 yaşlı qadın fevralın 26-da nəzarətə götürülüb. Onun saxlanma şəraiti ilə bağlı daha ətraflı məlumat verilmir. Keçmiş RAF terrorçusu Klaudia saxta adı ilə Berlinin Kreuzberg rayonunda yaşayıb. Dolanışıq üçün o, özəl riyaziyyat dərsləri verirdi. Alman hakimiyyət orqanları Klette və onun iki şərikini 1999-2016-cı illər arasında adam öldürməyə cəhddə və bir sıra ciddi quldurluqlarda ittiham edir. Keçmiş terrorçular bir neçə onilliklərdir ki, axtarışdadırlar.
RAF 1970-ci illərdən 1990-cı illərin əvvəllərinə qədər 33 qətlə görə məsuliyyət daşıyırdı. 1977-ci ildə təşkilat Almaniyanın baş prokuroru Ziqfrid Bubekə sui-qəsd etdi. 12 il sonra Deutsche Bank-ın o vaxtkı rəhbəri Alfred Herrhauzen partlayışda həlak oldu.
Terrorçu qrup 1998-ci ildə rəsmən dağılıb və artıq fəaliyyət göstərmir.