Sadiq Qurbanov: “30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin Bakıda keçirilməsi dayanıqlı inkişafın təzühürüdür”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib ki, 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin Bakıda keçirilməsi dayanıqlı inkişafın təzühürüdür.
S.Qurbanov onu da qeyd edib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu Ümummili Lider Heydər Əliyevin uğurlu Neft strategiyasının təntənəsidir.