Xəbərlər 07.07.2025 14:25 57

Qubadlı qaziləri ilə görüş keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Tarixi Zəfərin 5 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsi"  layihəsini icra edir.

QHT.az xəbər verir ki, təşkilat Sumqayıt şəhərində Qubadlı rayon qaziləri ilə növbəti görüş keçirmişdir. Tədbirdə iştirak edən 1-ci-2-ci  Qarabağ müharibəsi veteranları,qaziləri, şəhid ailələri iştirak ediblər. 44 günlük müharibənin iştirakçısı qazi Sənan Həsənov tədbirə gələn qaziləri və qonaqları salamlayaraq, tədbir təşkilatçılarını təqdim etmiş və konstitsuya və suverenlik ilindən,eyni zamanda zəfərimizin yubileyindən danışmışdı.

Tədbir təşkilatçısı, "Əsgər Ailəsi Cəmiyəti "VTİB-nin sədri, Qarabağ müharibə veteranı Roza Əliqızı tədbirin məqsədini açıqlamış,tarixi zəfərin 5 illik yubileyindən,o cümlədən 1992-ci ildən 2020-ci ilə qədər müharibə dövründən, xatirələrindən söhbət açmışdır.

Bu mövzu ətrafında tədbirdə iştirak edən qazilər geniş diskusiya ilə maraqlı söhbətlər etmişlər.

Qazilərdən Dağbəyi Məhyəddinov, Asif Şükürov, Nurlan Əliyev, Sənan Həsənov, Dağbəyi Məhyəddibov,Yaqub Vəliyev,imaməddin Səlimov, Türkiyədə yaşayan Azərbaycanlı "Azərbaycan Qadınları kültür dərnəyinin  rəhbəri Cevahir Əhmədova,şair Elburus Qayalı və başqaları mövzu ətrafında əlavə çıxışlar etmiş,zəfərimizi alqışlamış 5 illik yubileyimizi təbrik etmişlər.

Tədbir iştirakçıları, bundan sonrakı görüşü Qubadlıda keçirəcəklərini arzu etmişlər. Sonda xatirə şəkilləri çəkdirmişlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı