Xəbərlər 26.02.2024 23:45 3520

Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib

Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib

 

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Masallı rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Məktəblərdə Xocalı soyqırımının ildönümü ilə bağlı xüsusi dərslər keçirilib, xatirə gecələri, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, faciə şahidləri ilə görüşlər təşkil olunub.
Tədbirlər zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğu vurğulanıb. 44 günlük Vətən müharibəsində, eləcə də lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığı diqqətə çatdırılıb.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı